Logo
    main-post-cover

    Samsung Galaxy S25 FE gözləniləndən daha tez təqdim olunacaq

    Cihazlar+
    31.07.2025
    Emil
         Yeni məlumata görə, Samsung şirkəti Galaxy S25 FE smartfonunu satışa çıxarmağa hazırlaşır və onu adi qrafikdən daha tez təqdim etməyi planlaşdırır. Smartfon çox güman ki, artıq yaxın 2 ay ərzində təqdim olunacaq. Gözlənilən gəlirlərlə bağlı keçirilən iclasda Samsung Mobile Experience bölməsinin direktoru Galaxy S25 FE-nin daha tez təqdim olunacağını bildirib. Gözlənilir ki, Galaxy S25 FE Exynos 2400 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq və 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.
         Bu erkən təqdimat Samsung-un ilin sonuna yaxın rəqabəti gücləndirmək və orta seqmentdəki məhsul çeşidini genişləndirmək istəyilə əlaqələndirilir. Lakin başqa mümkün səbəb də var - payız-qış mövsümündə bir neçə səs-küylü təqdimat planlaşdırılıb: bunlara Galaxy Tab S11 Ultra flaqman planşeti, XR cihazı və üçqat qatlana bilən smartfon daxildir. Ola bilər ki, şirkət bu təqdimatların vaxtını bir-birindən ayırmağa çalışır ki, təqdim edilən cihazların bir hissəsi informasiya məkanında itib-batmasın.
    Paylaş