
Samsung Galaxy S25 FE nazik gövdəni əldə edəcək
Cihazlar+
07.07.2025
Emil
Samsung şirkəti bu ilin əvvəlində Galaxy S25, S25+, S25 Ultra smartfonlarını, may ayında isə nazik gövdəli Galaxy S25 Edge modelini təqdim etdi. Lakin bu il üçün daha bir Galaxy S25 modelinin təqdimatı gözlənilir. Söhbət, Galaxy S25 FE-dən gedir. Ortaya çıxmış məlumata əsasən şirkət payız fəsli üçün gözlənilən Galaxy S25 FE modelinin gövdəsini də nazik etmək niyyətindədir. Məlumatda qeyd edilib ki, Galaxy S25 FE-də xüsusi elastiki OLED panel istifadə olunacaq. Qeyd etmək lazımdır ki, daha öncəki Galaxy FE modellərində bu cür OLED panellərdən istifadə olunmayıb.

Yeni xüsusi OLED panel hesabına Galaxy S25 FE daha nazik ekranı və bir qayda olaraq gövdəni əldə etməlidir. Gözləntilərə əsasən smartfonun gövdə qalınlığı 7.4 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il təqdim olunmuş Galaxy S24 FE-nin gövdə qalınlığı 8 mm təşkil edir. Daha öncəki məlumat sızıntılarına inansaq, Galaxy S25 FE özündə 6.7 düym ölçülü ekranı birləşdirəcək. Qeyd etmək lazımdır ki, artıq 9 iyul tarixində Samsung şirkəti növbəti Galaxy Unpacked tədbirini keçirəcək və həmin tədbir çərçivəsində qatlana bilən Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarını təqdim edəcək.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
