Logo
    main-post-cover

    Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb

    Cihazlar+
    14.07.2025
    Emil
         Samsung şirkəti payız fəslində Galaxy S25 FE smartfonunu təqdim etməlidir. İnsayderlər isə bu smartfonu Galaxy S24 FE-dən fərqləndirəcək iki vacib özəlliyi açıqlayıblar. Onların sözlərinə əsasən Galaxy S25 FE smartfonu əks olunan kontentdən asılı olaraq təsvir yenilənməsini axıcı şəkildə dəyişə biləcək LTPO ekranı əldə edəcək. Bu öz növbəsində batareya enerjisinə qənaət etməyə imkan verəcək, əsas da Always-on-Display funksiyasının istifadəsi halında. İkinci vacib özəllik isə batareyanı əhatə edəcək. Belə ki, məlumata əsasən Galaxy S25 FE daha böyük həcmli batareya ilə təchiz olunacaq. Söhbət, 4900 mAh enerji tutumlu batareya həcmindən gedir. Bununla yanaşı smartfonun sürətli şarj texnologiyasının gücü də artacaq. 25 vatt əvəzinə 45 vatt. Daha öncəki məlumat sızıntılarına inansaq, Galaxy S25 FE smartfonu Exynos 2400 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş