Logo
    main-post-cover

    Samsung Galaxy S25 FE-nin ilk render fotoları təqdim edilib

    Cihazlar+
    21.06.2025
    Emil
         Samsung bu il Galaxy S25 FE subflaqman smartfonunu təqdim etməlidir. OnLeaks ləqəbli məşhur insayder öz növbəsində sözügedən smartfonun ilk render fotolarını və bəzi texniki imkanlarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, təqdim olunacaq Galaxy S25 FE modeli xarici görünüşcə ümumilikdə keçən ilki Galaxy S24 FE-dən heç də fərqlənməyəcək. İnsayder bildirib ki, Galaxy S24 FE ilə müqayisədə Galaxy S25 FE-nin gövdəsi bir qədər nazik olacaq. Belə ki, məlumatda qeyd edilib ki, Galaxy S25 FE-nin gövdə qalınlığı 7.4 mm təşkil edəcək. İnsayderin sözlərinə inansaq, yeni smartfon Snapdragon 8 Elite prosessoru əvəzinə Exynos 2400 prosessoru vasitəsilə çalışacaq. Üstəlik Galaxy S25 FE özündə 12 MP-lik ön kameranı birləşdirəcək. Smartfonun oktyabr və ya noyabr ayında təqdim olunacağı gözlənilir.
    Paylaş