Logo
    main-post-cover

    Samsung Galaxy S25 FE-nin real fotosu ortaya çıxıb

    Cihazlar+
    10.07.2025
         Samsung bu ilin payız fəslində Galaxy S25 seriyasının növbəti modelini təqdim etməlidir. Söhbət, Galaxy S25 FE-dən gedir. İndi isə bu smartfonun mövcudluğuna dair daha bir sübut ortaya çıxıb. Belə ki, Wireless Power Consortium (WPC) təşkilatının saytında Galaxy S25 FE-nin real fotosu aşkar edilib. Aşkar edilmiş fotodan da görmək olar ki, Galaxy S25 FE xarici görünüşcə keçən ilki Galaxy S24 FE-dən heç də fərqlənməyəcək. WPC saytında smartfonun texniki imkanları ilə bağlı məlumatlar əks olunmayıb. Lakin insayderlərin son məlumatlarına inansaq, Galaxy S25 FE modeli Galaxy S24 FE-dən daha nazik gövdəyə sahib olacaq. Gözləntilərə əsasən Galaxy S25 FE-nin gövdə qalınlığı 7.4 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S24 FE-nin gövdə qalınlığı 8 mm-dir. Smartfonun Exynos 2400e prosessoru vasitəsilə çalışacağı güman edilir. Lakin heç istisna deyil ki, bəzi regionlarda smartfon Exynos 2400 prosessoru ilə satışa çıxsın.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...