
Samsung Galaxy S25 FE-nin yeni render fotoları ortaya çıxıb
Samsung-un yaxın zamanda Galaxy S25 FE smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə internetdə bu smartfonun yeni render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, bu yeni smartfon xarici görünüşcə keçən ilki Galaxy S24 FE-dən ümumilikdə fərqlənməyəcək. Galaxy S25 FE modeli yastı gövdə dizaynını əldə edəcək və özündə üçlü arxa kameranı birləşdirəcək. Son məlumat sızıntılarına inansaq, Galaxy S25 FE smartfonu Exynos 2400e prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Galaxy S24 FE də bu prosessor vasitəsilə çalışır. Yeni smartfonun 2340x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü ekranı əldə edəcəyi gözlənilir.



Paylaş