
Samsung Galaxy S25 Slim digər Galaxy S25 smartfonları ilə birlikdə təqdim oluna bilər
Cihazlar+
25.12.2024
Emil
Son zamanlarda dəfələrlə ortaya çıxmış məlumata əsasən Samsung şirkəti gələn il Galaxy S25 Slim smartfonunu təqdim edəcək. Daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, sözügedən yeni smartfon Galaxy S25, S25+ və S25 Ultra modellərinin təqdimatlarından bir neçə müddət sonra təqdim olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy S25 smartfonlarının yanvar ayının sonuna yaxın təqdim olunacaqları gözlənilir.
Son zamanlarda daha çox 22 yanvar tarixi məlumat sızıntılarında hallanır. İndi isə ortaya çıxmış yeni məlumata əsasən Galaxy S25 Slim smartfonu digər Galaxy S25 smartfonları ilə birlikdə təqdim oluna bilər. Bunun nə dərəcədə doğru məlumat olduğunu söyləmək çətindir. Lakin Samsung Galaxy S25 Slim-i ayrıca smartfon şəklində təqdim etmək əvəzinə onu Galaxy S25 seriyası çərçivəsində təqdim etməyə üstünlük verə bilər. Gözləntilərə əsasən Galaxy S25 Slim smartfonu nazik gövdəsi ilə seçiləcək. Smartfonun Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
