
Samsung Galaxy S25 Slim-in bəzi texniki imkanları açıqlanıb
Cihazlar+
23.12.2024
Emil
Samsung şirkətinin gələn ilin birinci yarısında Galaxy S25 Slim smartfonunu təqdim edəcəyi gözlənilir. Bu smartfon öz kompakt ölçüsü və nazik gövdəsi ilə seçiləcək. Keçən həftə insayderlərdən biri məlumat verdi ki, sözügedən smartfonun gövdəsi Galaxy S24-ün gövdəsindən daha nazik olacaq. İndi isə insayderlər Galaxy S25 Slim-in texniki imkanları barəsində bəzi məlumatları təqdim ediblər.
Beləliklə onların sözlərinə əsasən Galaxy S25 Slim smartfonu 6.6 düym ölçülü ekranla təchiz olunacaq. Smartfonun əsas fərqləndirici özəlliklərindən biri onun arxa kameraları olacaq. Belə ki, məlumatda qeyd edilib ki, smartfon 200 MP-lik əsas arxa kameranı, 50 MP-lik ultra geniş bucaqlı kameranı və 3.5 qat optik zoom özəllikli 50 MP-lik telekameranı əldə edəcək. İnsayderlərin sözlərinə inansaq, smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə 4700-5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
