
Samsung Galaxy S25 Slim-in gövdə qalınlığı açıqlanıb
Cihazlar+
20.12.2024
Emil
Son zamanlarda olmuş müxtəlif məlumatlara əsasən Samsung gələn ilin əvvəlində Galaxy S25, S25+ və S25 Ultra smartfonlarını təqdim edəndən müəyyən müddət sonra üstəlik S25 Slim smartfonunu da təqdim edəcək. Gözləntilərə əsasən Galaxy S25 Slim smartfonu kompakt ölçüsü və nazik gövdəsi ilə fərqlənməlidir. İndi isə Ice Universe ləqəbli məşhur insayder Galaxy S25 Slim-in gövdə qalınlığı barəsində məlumat verib.
Beləliklə insayderin sözlərinə əsasən sözügedən smartfonun gövdə qalınlığı 6.X mm təşkil edəcək. Yəni smartfonun gövdəsi adi Galaxy S24-ün gövdəsindən daha nazik olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S24-ün gövdə qalınlığı 7.6 mm təşkil edir. Daha öncəki məlumat sızıntılarına inansaq, Galaxy S25 Slim smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə 200 MP-lik əsas arxa kameranı birləşdirəcək.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
