
Samsung Galaxy S25 Slim-in gövdəsinin nə dərəcədə nazik olacağı sərgilənib
Cihazlar+
17.01.2025
Emil
Samsung şirkətinin gələn həftə təqdim edəcəyi Galaxy S25 smartfon seriyasına 4 model daxil olacaq. Galaxy S25, S25+, S25 Ultra və S25 Slim. Dördüncü model olacaq Galaxy S25 Slim ilk növbədə nazik gövdəsi ilə fərqlənəcək. İndi isə insayderlər Galaxy S25 Slim-in gövdəsinin nə dərəcədə nazik olacağını sərgiləyiblər. Onlar tərəfindən təqdim edilmiş fotoda bütün Galaxy S25 modelləri əks olunublar. Fotodan görmək olar ki, Galaxy S25 Slim modelinin gövdəsi digərlərinin gövdələrindən cüzi fərqlə daha nazik olacaq. Smartfon faktiki olaraq Galaxy S25+ modelinin daha nazik gövdəli kopyasıdır. Belə ki, onların uzunluqları eynidir. Gözləntilərə əsasən digər Galaxy S25 modelləri kimi Galaxy S25 Slim də Snapdragon 8 Elite for Galaxy prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
