
Samsung Galaxy S25 Slim-in mövcudluğu təsdiqlənib
Cihazlar+
06.11.2024
Emil
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkəti kompakt ölçüyə sahib Galaxy S25 Slim smartfonu üzərində çalışır. İndi isə bu məlumat öz təsdiqini tapıb. Belə ki, smartfon IMEI məlumatlar bazasında model nömrəsi ilə ortaya çıxıb. Smartfon SM-S937U model nömrəsinə sahibdir. IMEI məlumatlar bazasında smartfonun adı Galaxy S25 Slim kimi deyil, ümumi olaraq Galaxy kimi qeyd olunub.
Lakin məlumata əsasən bu məhz Galaxy S25 Slim modelidir. Son məlumat sızıntısına əsasən Samsung şirkəti Galaxy S25 Slim modelini əsas Galaxy S25 modellərinin təqdimatlarından bir neçə ay sonra təqdim edə bilər. Gözləntilərə əsasən bu, gələn ilin aprel ayında baş tutacaq. Smartfonun hansı texniki imkanlara sahib olacağı barəsində məlumat yoxdur. Sadəcə məlumdur ki, smartfon kompakt ölçü ilə yanaşı həmçinin olduqca nazik gövdəni əldə edəcək.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
