
Samsung Galaxy S25 Slim qlobal bazarda da satışa çıxacaq
Cihazlar+
29.11.2024
Emil
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti gələn ilin əvvəlində əsas Galaxy S25 modellərini təqdim edəndən müəyyən müddət sonra kompakt ölçülü Galaxy S25 Slim modelini də təqdim edəcək. İndi isə məlum olub ki, Galaxy S25 Slim smartfonu Çin bazarı ilə yanaşı qlobal bazarda da satışa çıxacaq. Məsələ burasındadır ki, Galaxy S25 Slim-in model nömrəsi ortaya çıxıb. Smartfon SM-S937B model nömrəsinə sahibdir.
Model nömrənin sonundakı B hərfi smartfonun qlobal versiyasına aiddir. Qeyd etmək lazımdır ki, Galaxy S25 smartfonu SM-S931x model nömrəsinə, Galaxy S25+ smartfonu SM-S936x model nömrəsinə, Galaxy S25 Ultra smartfonu SM-S938x model nömrəsinə sahibdir. Samsung bir seriya çərçivəsində müxtəlif smartfonlar üçün eyni model nömrələrindən istifadə etmir. Buna görə də Galaxy S25 Slim-in sahib olduğu SM-S937B model nömrəsi Galaxy S25 seriyasını əhatə edir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
