Logo
    main-post-cover

    Samsung Galaxy S25 Slim unikal periskop telekameranı əldə edə bilər

    Cihazlar+
    27.12.2024
    Emil
         Ortaya çıxmış son məlumata əsasən Samsung şirkəti nazik gövdəli Galaxy S25 Slim smartfonunu Galaxy S25 smartfon seriyasının tərkibində təqdim edə bilər. İndi isə Galaxy S25 Slim-in sahib olacağı vacib özəllik barəsində məlumat ortaya çıxıb. Ortaya çıxmış məlumata əsasən Galaxy S25 Slim smartfonunda yeni kamera texnologiyasından istifadə ediləcək. Nəticədə smartfonun gövdə qalınlığında heç bir dəyişiklik etmədən onu periskop teleobyektiv ilə təmin etmək mümkün olacaq.
          Məlumatda qeyd edilib ki, Samsung-un bu yeni kamera texnologiyası All Lenses on Prism (ALoP) adlanır. O, ənənəvi kameralar ilə müqayisədə daha kiçik ölçülü periskop kamera sensorunun hazırlanmasına imkan verir. Bunun sayəsində Samsung periskop telekamera obyektivini Galaxy S25 Slim-in nazik gövdəsində yerləşdirə biləcək. Daha öncə isə belə bir şeyi etmək mümkün deyildi. Yeni texnologiya sayəsində həmçinin kamera modulunun uzunluğu ilə hündürlüyünü də kiçiltmək mümkün olacaq. Nəticədə kamera obyektivi smartfonun nazik gövdəsindən xarici istiqamətə o qədər də çıxmayacaq.
    Paylaş