Logo
    main-post-cover

    Samsung Galaxy S25 Ultra artıq Çində qeydiyyatdan keçib

    Cihazlar+
    26.07.2024
    Emil
         Verilmiş yeni məlumata əsasən Samsung-un gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 Ultra smartfonu artıq Çində qeydiyyatdan keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Galaxy S25 Ultra smartfonu Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə dördlü arxa kameranı birləşdirəcək. İnsayder qeyd edib ki, smartfon 200 MP-lik əsas arxa kameranı, 50 MP-lik ultra geniş bucaqlı kameranı, 3 qat və 5 qat optik zoom özəlliklərinə sahib iki ədəd 50 MP-lik telekameranı əldə edəcək. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq.
    Paylaş