
Samsung Galaxy S25 Ultra-nın ekran özəlliklərindən biri ortaya çıxıb
Cihazlar+
29.12.2024
Emil
Samsung Galaxy S25 smartfon seriyasının təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən bu smartfon seriyası 22 yanvar tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, seriyaya Galaxy S25, S25+, S25 Ultra və S25 Slim modelləri daxil olmalıdırlar. İndi isə Galaxy S25 Ultra barəsində yeni təfərrüatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Galaxy S25 Ultra smartfonu maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edəcək ekranı əldə edəcək.
Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S24 Ultra-nın ekranının maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir. Bununla yanaşı məlumatda qeyd edilib ki, Galaxy S25 Ultra xüsusi sistem yenilənməsi imkanını əldə edəcək. Belə ki, smartfona yenilənmələri fon rejimində quraşdırmaq mümkün olacaq. Bu halda istifadəçi smartfondan istifadəni dayandırmalı olmayacaq. Qeyd etmək lazımdır ki, bu cür sistem yenilənməsi imkanını əldə etmiş ilk Samsung smartfonu Galaxy A55 olmuşdu. Gözləntilərə əsasən Galaxy S25 Ultra smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
