Logo
    main-post-cover

    Samsung Galaxy S25 Ultra-nın maksimal RAM yaddaşı məlum olub

    Cihazlar+
    30.09.2024
    Emil
         Samsung bu il üçün nəzərdə tutulmuş əsas flaqman cihazlarının hamısını təqdim etdi. İndi isə şirkət gələn ilə fokuslanıb və onun gələn il üçün olacaq ilk flaqman seriyası Galaxy S25 olacaq. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, bu seriyaya daxil olacaq Galaxy S25 Ultra modeli olduqca böyük həcmli RAM yaddaşını əldə edəcək. İndi isə məşhur insayder bu məlumatı təsdiqləyib. Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən Galaxy S25 Ultra smartfonu 16 GB-lıq RAM ilə təchiz olunacaq.
         İnsayder əminliklə qeyd edib ki, bu məlumat 100% həqiqətə uyğundur. Qeyd etmək lazımdır ki, bu, Galaxy S seriyasının son illər ərzində ilk dəfə 16 GB RAM-ı əldə edəcəyi hal olacaq. Belə ki, sonuncu dəfə bu seriyanın smartfonları arasında 16 GB RAM-ı Galaxy S20Galaxy S21 Ultra modelləri əldə etmişdilər. Ondan sonrakı Galaxy S modelləri isə maksimum 12 GB RAM ilə təklif olundular. Qeyd etmək lazımdır ki, Galaxy S25 Ultra smartfonu 16 GB RAM ilə yanaşı həmçinin Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessorunu əldə etməli və özündə 200 MP-lik əsas arxa kameranı birləşdirməlidir.
    Paylaş