
Samsung Galaxy Smart Ring üzüyü 9 müxtəlif ölçüyə sahib olacaq
Cihazlar+
23.04.2024
Farid
Samsung şirkəti özünün Galaxy Ring adlı smart üzüyünü ilk dəfə 3 ay bundan öncə Galaxy S24 smartfonlarının təqdimatları çərçivəsində anons etmişdi. Fevral ayının sonunda baş tutmuş MWC 2024 sərgisi çərçivəsində isə sözügedən smart üzüyün xarici görünüşü sərgilənmişdi. Galaxy Ring-in tam təqdimatının qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları ilə bir yerdə baş tutacağı gözlənilir. Daha öncə məlum idi ki, Samsung-un ilk smart üzüyü bir neçə ölçü variantında təqdim olunacaq. İndi isə məlum olub ki, ölçülərin sayı olduqca geniş olacaq. Verilmiş məlumata əsasən Galaxy Ring smart üzüyü 9 ölçüdə təqdim olunacaq. Onların model nömrələri təqdim edilib. Model nömrələr aşağıdakı kimidir.
- SM-Q500
- SM-Q501
- SM-Q502
- SM-Q505
- SM-Q506
- SM-Q507
- SM-Q508
- SM-Q509.
Görmək olar ki, SM-Q503 və SM-Q504 model nömrələri siyahıda yoxdur. Lakin onlardan biri dəqiq şəkildə mövcuddur. Əskik olan model nömrəsi çox güman ki, hələ aşkar edilməyib. Məlumata əsasən Galaxy Ring-in ən kiçik ölçülü versiyası SM-Q500 model nömrəsinə, ən böyük versiyası isə SM-Q509 model nömrəsinə sahibdir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
