
Samsung Galaxy Tab Active 5 planşeti təqdim edilib
Cihazlar+
11.01.2024
Emil
Samsung şirkəti Galaxy Xcover 7-dən əlavə olaraq dözümlü gövdəyə sahib daha bir cihazını təqdim edib. Söhbət, Galaxy Tab Active 5 planşetindən gedir. Beləliklə Galaxy Tab Active 5 planşetinin gövdəsi də Galaxy Xcover 7-də olduğu kimi IP68 standartı üzrə sudan qorunur və zərbələrə dözümlülük mövzusunda MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Lakin Galaxy Xcover 7-dən fərqli olaraq planşetin ekranı Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Planşet 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 8 düym ekranla təchiz olunub və Exynos 1380 prosessoru vasitəsilə çalışır. Galaxy Tab Active 5 həmçinin 6/8 GB RAM-a, 128/256 GB daxili yaddaş həcminə (microSD dəstəkli), 13 MP-lik arxa kameraya, 5 MP-lik ön kameraya və 5050 mAh enerji tutumlu batareyaya sahibdir. Planşetin bu ay ərzində satışa çıxacağı gözlənilir. Onun satış qiyməti barəsində məlumat verilməyib.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
