Logo
    main-post-cover

    Samsung Galaxy Tab Active 5 planşetinin fotosu ortaya çıxıb

    Cihazlar+
    29.12.2023
         Biz artıq dəfələrlə xəbər vermişik ki, Samsung şirkəti dözümlü gövdəyə sahib Galaxy Tab Active 5 adlı yeni planşetini təqdim etməyə hazırlaşır. İndi isə internetdə bu planşetin fotosu və texniki göstəriciləri ortaya çıxıb. Fotodan da görmək olar ki, yeni planşet xarici görünüşcə Galaxy Tab Active 4-ə bənzəyəcək. Galaxy Tab Active 5 planşetinin gövdəsi MIL-STD-810H hərbi standartının tələblərinə uyacaq və üstəlik IP68 standartı üzrə sudan qorunacaq. Bununla yanaşı planşet stilus dəstəyini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edəcək. Texniki göstəricilərə gəldikdə isə məlumata əsasən Galaxy Tab Active 5 planşeti Exynos 1380 prosessoru, 4/6 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 5050 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Planşetin gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Tab Active 5 planşetinin fotosu ortaya çıxıb | Technote