Logo
    main-post-cover

    Samsung Galaxy Tab Active 5 Pro və Galaxy Tab S10 FE planşetləri barəsində yeni məlumatlar ortaya çıxıb

    Cihazlar+
    17.01.2025
    Emil
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Samsung hal-hazırda Galaxy Tab Active 5 ProGalaxy Tab S10 FE planşetləri üzərində çalışır. Məlumatda qeyd edilib ki, Galaxy Tab Active 5 Pro planşeti dözümlü gövdəsi ilə seçiləcək və Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq. O, keçən ilin yanvar ayında təqdim edilmiş Galaxy Tab Active 5 planşetinin davamçısı rolunda çıxış edəcək. Gözləntilərə əsasən bu planşetin Wi-Fi5G dəstəkli versiyaları olacaq. Galaxy Tab S10 FE planşetinə gəldikdə isə məlumata əsasən o, Exynos 1580 prosessorunu əldə edəcək. Çox güman ki, Galaxy Tab Active 5 Pro planşeti artıq yaxın zamanda, Galaxy Tab S10 FE planşeti isə bu ilin ikinci yarısında təqdim olunacaq.
    Paylaş