
Samsung Galaxy Tab S10 FE planşeti Geekbench testlərindən keçib
Cihazlar+
13.03.2025
Emil
Samsung şirkəti bu il ərzində Galaxy Tab S10 FE və Tab S10 FE+ planşetlərini təqdim etməlidir. İndi isə məlum olub ki, adi Galaxy Tab S10 FE modeli Geekbench testlərindən keçib. Bunun sayəsində planşet barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Galaxy Tab S10 FE planşeti Exynos 1580 prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Galaxy Tab S9 FE planşeti Exynos 1380 prosessoru vasitəsilə çalışır.

Exynos 1380 ilə müqayisədə Exynos 1580 prosessoru 40% daha performanslıdır. Geekbench testlərindən Galaxy Tab S10 FE-nin 8 GB RAM-a sahib versiyası keçib. Bundan əlavə olaraq Geekbench təsdiqləyib ki, planşet qutudan Android 15-i əldə edəcək. Beləliklə planşet Geekbench-in birnüvəli testi çərçivəsində 1349 xal, çoxnüvəli testi çərçivəsində isə 3882 xal toplayıb. Son məlumat sızıntılarına inansaq, Galaxy Tab S10 FE planşeti 10.9 düym ölçülü ekranı əldə edəcək.
Mənbə: Sammobile
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
