
Samsung Galaxy Tab S10 FE planşeti təqdimata hazırlaşır
Cihazlar+
19.12.2024
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy Tab S10 FE planşeti üzərində çalışır. Bu planşet öz növbəsində Galaxy Tab S9 FE-nin davamçısı olmalıdır. İndi isə məlum olub ki, hazırlanan Galaxy Tab S10 FE-nin batareyaları Hindistanın BIS adlı agentliyində sertifikatlaşdırmadan keçib.
Bu isə planşetin təqdimatının yaxınlaşmasına işarə edir. Planşetin iki batareyadan ibarət sistemi və ya müxtəlif istehsalçılara məxsus olan batareyaları əldə edəcəyi bilinmir. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən Galaxy Tab S10 FE planşeti Exynos 1480 prosessoru vasitəsilə çalışacaq və özündə 12 MP-lik əsas arxa kameranı birləşdirəcək. Gözləntilərə əsasən bu yeni planşet 2025-ci ilin birinci yarısında təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
