Logo
    main-post-cover

    Samsung Galaxy Tab S10 FE planşetlərinin hazırlandığı təsdiqlənib

    Cihazlar+
    29.11.2024
    Emil
         Samsung şirkəti sentyabr ayında Galaxy Tab S10+Tab S10 Ultra planşetlərini təqdim etmişdi. İndi isə şirkət rəsmi şəkildə təsdiqləyib ki, o, Galaxy Tab S10 FE planşet seriyası üzərində çalışır. Şirkətin ABŞ üzrə saytında qeyd edilib ki, Galaxy Tab S10 və Galaxy Tab S10 FE alıcılarına 1 illik Goodnotes abunəliyi təklif ediləcək. Bununla yanaşı qeyddəki tarixə əsasən Galaxy Tab S10 FE gələn ilin 31 iyul tarixinə kimi satışa çıxacaq. Gözləntilərə əsasən Galaxy Tab S10 FE planşetləri gələn ilin birinci yarısında təqdim olunacaq. Bu, mart ayında baş tuta bilər.
    Paylaş