Logo
    main-post-cover

    Samsung Galaxy Tab S10 FE və Tab S10 FE+ planşetləri təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    02.04.2025
    Emil
         Samsung şirkəti rəsmi şəkildə Galaxy Tab S10 FE Tab S10 FE+ planşetlərini təqdim edib. Bu yeni planşetlər xarici görünüşcə və bəzi texniki imkanlar üzrə eynidirlər. Onlar arasındakı əsas fərq ekran ilə batareya göstəricilərini əhatə edir. Galaxy Tab S10 FE planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 2304x1440 piksel keyfiyyətli 10.9 düym ölçülü LCD ekranla təchiz olunub. Galaxy Tab S10 FE+ modelinə gəldikdə isə o, 90 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1800 piksel keyfiyyətli 13.1 düym ölçülü LCD ekranla təchiz olunub.
         Beləliklə Galaxy Tab S10 FE+ planşeti Galaxy Tab S FE planşet seriyasında ən böyük ekrana sahib model olub. Hər iki modeldə gövdə IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Bu yeni planşetlərdə prosessor da eynidir. Belə ki, onlar Exynos 1580 prosessoru vasitəsilə çalışırlar. Hər iki planşet 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Planşetlər özlərində 13 MP-lik arxa kamera ilə 12 MP-lik ön kameranı birləşdirirlər.
         Batareya mövzusuna gəldikdə isə Galaxy Tab S10 FE modeli 8000 mAh ennerji tutumlu batareya, Galaxy Tab S10 FE+ modeli isə 10 090 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki planşet 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Bu yeni planşetlər 10 aprel tarixində satışa çıxacaqlar. Galaxy Tab S10 FE modelinin qiyməti 580 avrodan, Galaxy Tab S10 FE+ modelinin qiyməti isə 750 avrodan start götürəcək.
    Mənbə: GSMarena
    Paylaş