
Samsung Galaxy Tab S11 Ultra planşeti Geekbench testlərindən keçib
Cihazlar+
13.06.2025
Emil
Samsung keçən ilin ikinci yarısında Galaxy Tab S10 Ultra planşetini təqdim etmişdi. İndi isə şirkət Galaxy Tab S11 Ultra planşeti üzərində çalışır. Məlum olub ki, hazırlanan bu yeni planşet Geekbench testlərindən keçib. Bunun sayəsində planşet barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Geekbench sayəsində məlum olub ki, Galaxy Tab S11 Ultra planşeti SM-X736B model nömrəsinə sahibdir. Bununla yanaşı Geekbench-in məlumatlar bazasında qeyd edilib ki, hazırlanan bu yeni planşet MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışacaq.
Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Galaxy Tab S10 Ultra modeli Dimensity 9300+ prosessoru vasitəsilə çalışır. Geekbench testlərindən Galaxy Tab S11 Ultra-nın 12 GB RAM-a sahib versiyası keçib. Həmçinin məlum olub ki, planşet qutudan Android 16-nı əldə edəcək. Beləliklə planşet Geekbench-in birnüvəli testi çərçivəsində 1420 xal, çoxnüvəli testi çərçivəsində isə 5312 xal toplayıb. Galaxy Tab S11 Ultra-nın bu ilin sonlarına yaxın təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
