
Samsung Galaxy Tab S6 Lite (2024) planşeti Samsung-un saytında ortaya çıxıb
Cihazlar+
15.03.2024
Emil
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Tab S6 Lite planşetinin yenilənmiş versiyası Galaxy Tab S6 Lite (2024)-ün satışlarına hazırlaşır. İndi isə bu planşet Samsung-un dəstək xidməti saytında SM-P620 model nömrəsi ilə ortaya çıxıb. Saytda planşetin texniki özəllikləri barəsində məlumat əks olunmayıb. Lakin onun Samsung saytında ortaya çıxması planşetin yaxın zamanda təqdim olunacağına işarə edir. Gözləntilərə əsasən Galaxy Tab S6 Lite (2024) planşeti 10.4 düym LCD ekranla təchiz olunacaq və Exynos 1280 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı planşetin S Pen stilus dəstəyini də əldə edəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
