main-post-cover

    Samsung Galaxy Tab S6 Lite (2024) planşeti təqdim edilib

    Cihazlar+
    28.03.2024
    Emil Nəcəfov
         Samsung şirkəti bir neçə müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Galaxy Tab S6 Lite planşetinin yenilənmiş versiyasını təqdim edib. Planşetin yenilənmiş versiyası Galaxy Tab S6 Lite (2024) adlanır. Beləliklə bu yenilənmiş planşet 2000x1200 piksel keyfiyyətli 10.4 düym ekranla təchiz olunub. Planşet Exynos 1280 prosessoru vasitəsilə çalışır və özündə 4 GB RAM ilə 64/128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir.
         Kameralar mövzusunda Galaxy Tab S6 Lite (2024) 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə planşet 7040 mAh enerji tutumlu batareyaya sahibdir. Planşet yaxın zamanda satışa çıxacaq və iki versiyada satılacaq. Birinci versiya yalnız Wi-Fi dəstəyinə, ikinci versiya isə Wi-Fi ilə LTE dəstəyinə sahib olacaq. Galaxy Tab S6 Lite (2024)-ün hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy M55 5G təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-m55-5g-teqdim-olunub-qiymeti
    Samsung Galaxy Z Fold 6 ilə Z Flip 6-nın hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəkləri məlum olub
    samsung-galaxy-z-fold-6-ile-z-flip-6-nin-hansi-gucde-suretli-sarj-texnologiyasini-destekleyecekleri-melum-olub
    Samsung Galaxy S25-də hansı dəyişikliklər gözlənilir?
    samsung-galaxy-s25-de-hansi-deyisiklikler-gozlenilir
    OneUI 6.1 istifadəçi interfeysi Samsung-un keçən ilki flaqman smartfonları üçün istifadəyə verilib
    oneui-61-istifadeci-interfeysi-samsung-un-kecen-ilki-flaqman-smartfonlari-ucun-istifadeye-verilib
    Samsung Galaxy Tab S10 planşetləriu müxtəlif prosessorlara sahib ola bilərlər
    samsung-galaxy-tab-s10-plansetleriu-muxtelif-prosessorlara-sahib-ola-bilerler