
Samsung Galaxy Tab S6 Lite (2024) planşetinin bəzi özəllikləri məlum olub
Cihazlar+
28.02.2024
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung bəzi köhnə cihazlarını bu il yenilənmiş versiyada satışa çıxaracaq. Onların arasında Galaxy Watch 4 smart saatı və Galaxy Tab S6 Lite planşeti olmalıdırlar. İndi isə Galaxy Tab S6 Lite (2024) planşeti barəsində bəzi məlumatlar ortaya çıxıb. Belə ki, sözügedən planşet bəzi tənzimləyici orqanların məlumat bazalarında ortaya çıxıb. Müxtəlif tənzimləyici orqanların məlumat bazalarında sözügedən planşet üçün müxtəlif batareya həcmləri qeyd edilib. Məlumat bazalarından birində 6840 mAh, digərində isə 7040 mAh enerji tutumlu batareya qeyd edilib. Ola bilsin ki, Galaxy Tab S6 Lite (2024) planşeti satışa çıxacağı regionlardan asılı olaraq müxtəlif batareya həcmlərini əldə edəcək. Bununla yanaşı məlumat bazalarından birində qeyd edilib ki, planşet S Pen stilusunun dəstəyini və Bluetooth 5.3 texnologiyasını əldə edəcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
