
Samsung Galaxy Tab S6 Lite (2024) planşetinin real fotosu ortaya çıxıb
Cihazlar+
06.03.2024
Emil
Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti Galaxy Tab S6 Lite planşetinin yenilənmiş versiyasını satışa çıxartmağa hazırlaşır. Söhbət, Galaxy Tab S6 Lite (2024)-dən gedir. İndi isə yenilənmiş planşetin real fotosu Swiss SGS adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Ortaya çıxmış real fotoda planşetin ön paneli əks olunub. Məlumatda qeyd edilib ki, planşetin yenilənmiş versiyası xarici görünüş baxımından orijinal versiyadan fərqlənməyəcək.

Bununla yanaşı Galaxy Tab S6 Lite (2024) orijinal modelin ölçülərini əldə edəcək. Söhbət, 244.5 x 154.3 x 7 mm-dən gedir. Planşet iki versiyada təqdim ediləcək. Birinci versiya yalnız Wi-Fi dəstəyinə, ikinci versiya isə Wi-Fi ilə LTE dəstəyinə sahib olacaq. Gözləntilərə əsasən Galaxy Tab S6 Lite (2024) planşeti 60 Hz-lik təsvir yenilənməsinə sahib 10.4 düym LCD ekranla təchiz olunacaq, Exynos 1280 prosessoru vasitəsilə çalışacaq və özündə 7040 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Planşet artıq yaxın zamanda təqdim olunmalıdır.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
