Logo
    main-post-cover

    Samsung Galaxy Tab S6 Lite planşetinin davamçısını təqdim etməyə hazırlaşır

    Cihazlar+
    18.01.2024
         Samsung şirkəti yaxın zamanda öz yeni planşetini təqdim edəcək. Belə ki, şirkətin SM-P620 model nömrəsinə sahib yeni planşeti Geekbench testlərindən keçib. Güman olunur ki, sözügedən yeni planşet 2022-c ildə satışa çıxmış büdcəli Galaxy Tab S6 Lite planşetinin davamçısıdır. Geekbench sayəsində məlum olub ki, Galaxy Tab S6 Lite davamçısı Exynos 1280 prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı birləşdirəcək. Üstəlik planşet Android 14 əməliyyat sisteminə sahib olacaq. Samsung- un bu yeni planşeti Geekbench-in bir nüvəli testi çərçivəsində 930 xal, çox nüvəli testi çərçivəsində isə 1843 xal toplayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Tab S6 Lite planşetinin davamçısını təqdim etməyə hazırlaşır | Technote