main-post-cover

    Samsung Galaxy Watch 4-ü bir qədər yenilənmiş versiyada təkrar olaraq satışa çıxaracaq

    Cihazlar+
    08.04.2024
    Farid Pardashunas
         Keçən həftə məlumat ortaya çıxdı ki, Samsung şirkəti Galaxy Watch FE adlı yeni smart saat üzərində çalışır. İndi isə insayderlər bildiriblər ki, bu belə deyil. Onların sözlərinə əsasən Samsung Galaxy Watch FE adlı smart saat üzərində çalışmır. İnsayderlər bildiriblər ki, bunun yerinə Samsung 2021-ci ildə satışa çıxmış Galaxy Watch 4-ü yenidən satışa çıxaracaq və onun adının qarşısında 2024 qeyd ediləcək.
         Qeyd etmək lazımdır ki, şirkət bir neçə müddət bundan öncə Galaxy Tab S6 Lite (2024) planşetini satışa çıxartdı. Bu planşetin orijinal versiyası isə bir neçə il bundan öncə satışa çıxmışdı. Görünür, Galaxy Watch 4 (2024) smart saatı da bu planşetin yolu ilə gedəcək. Galaxy Watch 4 (2024)-ün orijinal Galaxy Watch 4-dan nə ilə fərqlənəcəyi bilinmir. Sadəcə güman etmək olar ki, Galaxy Watch 4 (2024) eyni dizayna sahib olacaq və bir qədər yenilənmiş texniki imkanları əldə edəcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung dünyanın ən böyük smartfon istehsalçısı statusunu özünə geri qaytarıb
    samsung-dunyanin-en-boyuk-smartfon-istehsalcisi-statusunu-ozune-geri-qaytarib
    Samsung Galaxy Watch FE smart saatı hazırlanır
    samsung-galaxy-watch-fe-smart-saati-hazirlanir
    Samsung Galaxy S23 smartfonlarındakı barmaq izi skanı ilə bağlı problemin həlli hazırlanır
    samsung-galaxy-s23-smartfonlarindaki-barmaq-izi-skani-ile-bagli-problemin-helli-hazirlanir
    Samsung Galaxy A52 5G artıq hər ay təhlükəsizlik yenilənməsini əldə etməyəcək
    samsung-galaxy-a52-5g-artiq-her-ay-tehlukesizlik-yenilenmesini-elde-etmeyecek
    Samsung naqilsiz şarj texnologiyasına sahib yeni power bankını təqdim edib - QİYMƏTİ
    samsung-naqilsiz-sarj-texnologiyasina-sahib-yeni-power-bankini-teqdim-edib-qiymeti