main-post-cover

    Samsung Galaxy Watch 7 smart saat seriyasına 3 model daxil olacaq

    Cihazlar+
    15.03.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin bu il Galaxy Watch 7 smart saat seriyasını təqdim edəcəyi gözlənilir. İndi isə insayderlər sözügedən smart saat seriyası barəsində məlumat veriblər. İnsayderlərin sözlərinə əsasən Galaxy Watch 7 smart saat seriyasına 3 model daxil olacaq. Classic, Pro və üçüncü model. Çox güman ki, üçüncü model düzbucaq dizaynına sahib Galaxy Watch 7 olacaq.
         Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Samsung-un düzbucaq dizaynına sahib yeni Galaxy Watch üzərində çalışdığı barəsində məlumat ortaya çıxmışdı. İnsayderlər qeyd ediblər ki, təqdim olunacaq hər 3 model Galaxy Watch-un Exynos W940 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Məlumatda qeyd edilib ki, bu yeni prosessor Galaxy Watch 6 smart saat seriyasında istifadə edilən Exynos W930 prosessorundan 30% daha performanslı və enerji sərfiyyatı baxımından 50% daha effektiv olmalıdır. Galaxy Watch 7 smart saat seriyasının yay fəslində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Flip 6 daha böyük ölçülü xarici ekranı əldə edə bilər
    samsung-galaxy-z-flip-6-daha-boyuk-olculu-xarici-ekrani-elde-ede-biler
    Bu ayın sonunda OneUI 6.1-i əldə edəcək Samsung Galaxy cihazlarının siyahısı təqdim edilib
    bu-ayin-sonunda-oneui-61-i-elde
    Micro OLED ekranların bazarda kütləvi hal almaları üçün müəyyən zaman lazım olacaq
    micro-oled-ekranlarin-bazarda-kutlevi-hal-almalari-ucun-mueyyen-zaman-lazim-olacaq
    Samsung-un Snapdragon X Elite prosessorlu noutbukunun qiyməti açıqlanıb
    samsung-un-snapdragon-x-elite-prosessorlu-noutbukunun-qiymeti-aciqlanib
    Huawei yaxın zamanda Samsung-u qatlana bilən smartfonlar bazarında geridə qoya bilər
    huawei-yaxin-zamanda-samsung-u-qatlana-bilen-smartfonlar-bazarinda-geride-qoya-bile