
Samsung Galaxy Watch 7 smart saatları tamamilə yeni prosessor vasitəsilə çalışacaqlar
Cihazlar+
15.05.2024
Emil
Samsung şirkəti bu il Galaxy Watch 7 smart saat seriyasını təqdim etməlidir. Bəzi məlumatlara əsasən şirkətin bu yeni smart saat seriyasına 3 model daxil olacaq. Galaxy Watch 7, Watch 7 Classic və Watch 7 Ultra. İndi isə bu smart saatların tamamilə yeni prosessor vasitəsilə çalışacaqları məlum olub. Beləliklə verilmiş məlumata əsasən Samsung-un Galaxy Watch 7 smart saatları Exynos W1000 adlı yeni prosessor vasitəsilə çalışacaqlar.
Məlumatda qeyd edilib ki, Samsung-un bu yeni prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy Watch 6 smart saatları 5 nanometrlik Exynos W930 prosessoru vasitəsilə çalışırlar. Məlumata əsasən Exynos W1000 prosessoru Galaxy Watch 7 smart saatlarında daha yaxşı performansı və 20% daha yaxşı enerji effektivliyini təmin edəcək. Bu səbəbdən də yeni smart saatların bir dəfə şarj olunduqdan sonra daha uzun müddət ərzində çalışa biləcəkləri gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
