
Samsung Galaxy Watch 7 Ultra-nın ilk keyfiyyətli render fotoları təqdim edilib
Cihazlar+
24.05.2024
Emil
Bəzi məlumatlara əsasən Samsung şirkəti bu ilin ikinci yarısında Galaxy Watch 7 Ultra smart saatını təqdim edəcək. İndi isə OnLeaks ləqəbli məşhur insayder Smartprix saytı ilə birgə sözügedən smart saatın ilk keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Galaxy Watch 7 Ultra smart saatı dairəvi ekran ətrafında kvadrat formalı çərçivəni əldə edəcək. İnsayder bildirib ki, smart saatın ekran ölçüsü 1.5 düym təşkil edəcək. Qeyd etmək lazımdır ki, keçən ilki Galaxy Watch 6 Classic smart saatı da eyni ekran ölçüsünə sahibdir. Fotolara əsasən yeni smart saat dairəvi formalı idarəetmə düyməsini əldə edəcək və həmin düymə gövdənin sağ hissəsində yerləşəcək. O, Apple Watch Ultra-dakı kimi dairəvi idarəetmə düyməsi tərzində çalışacaq. İstifadəçi sözügedən fiziki düyməyə müxtəlif əməliyyatların işə salınmasını təyin edə biləcək.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
