main-post-cover

    Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra smart saatları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.07.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy Unpacked 2024 tədbiri çərçivəsində Galaxy Z Fold 6, Galaxy Z Flip 6 smartfonları və Galaxy Ring smart üzüyü ilə yanaşı yeni smart saatlarını da təqdim edib. Söhbət, Galaxy Watch 7 Galaxy Watch Ultra-dan gedir. İlk öncə Galaxy Watch 7 modelinə nəzər yetirək. Bu smart saat iki gövdə ölçüsündə təqdim edilib. Birinci versiya 40 mm-lik gövdə ölçüsünə, ikinci versiya isə 44 mm-lik gövdə ölçüsünə sahibdir. 40 mm-lik gövdə ölçüsünə sahib versiya özündə 432x432 piksel keyfiyyətli 1.3 düym ölçülü Super AMOLED ekranı, 44 mm-lik gövdə ölçüsünə sahib versiya isə özündə 480x480 piksel keyfiyyətli 1.5 düym ölçülü Super AMOLED ekranı birləşdirir. Hər iki versiyada ekran Always-on-Display funksiyasını dəstəkləyir.
         Üstəlik smart saatın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Galaxy Watch 7 smart saatı Exynos W1000 prosessoru vasitəsilə çalışır və 2 GB RAM ilə 32 GB daxili yaddaş həcmini əldə edib. Smart saat 100-dən çox idman rejimini dəstəkləyir və istifadəçinin müxtəlif səhhət göstəricilərini ölçə bilir. Smart saatın 40 mm-lik gövdə ölçüsünə sahib versiyası 300 mAh enerji tutumlu batareyanı, 44 mm-lik gövdə ölçüsünə sahib versiyası isə 425 mAh enerji tutumlu batareyanı əldə edib. Smart saat üstəlik özündə eSIM, NFC, Wi-FiGPS dəstəyini birləşdirir. Galaxy Watch 7-nin 40 mm-lik gövdə ölçüsünə sahib versiyası 300$ qiymətində, 44 mm-lik gövdə ölçüsünə sahib versiyası isə 330$ qiymətində satışa çıxacaq.
         İndi isə Galaxy Watch Ultra-ya nəzər yetirək. Galaxy Watch Ultra yalnız bir versiyada təqdim olunub və o, 47 mm-lik gövdə ölçüsünə sahibdir. Onun gövdəsi titan materialdan hazırlanıb. Üstəlik smart saatın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Galaxy Watch Ultra-nın gövdəsi -20 dərəcə Selsidən +55 dərəcə Selsi temperatura kimi tab gətirə bilir. Smart saat 480x480 piksel keyfiyyətli 1.5 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Galaxy Watch Ultra da Exynos W1000 prosessoru vasitəsilə çalışır və 2 GB RAM ilə 32 GB daxili yaddaş həcmini əldə edib. Batareyaya gəldikdə isə smart saat özündə 590 mAh enerji tutumlu batareyanı birləşdirir. Digər bütün özəlliklər və funksionallıq baxımından Galaxy Watch Ultra modeli Galaxy Watch 7 ilə oxşardır. Galaxy Watch Ultra 650$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Ring smart üzüyü təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-ring-smart-uzuyu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-teqdim-olunub-qiymeti
    Samsung ikinci nəsil Galaxy Ring-i artıq patentləşdirib
    samsung-ikinci-nesil-galaxy-ring-i-artiq-patentlesdirib
    Samsung Galaxy Z Fold 6-nın daha geniş və nazik gövdəli versiyasını hazırlayır
    samsung-galaxy-z-fold-6-nin-daha-genis-ve-nazik-govdeli-versiyasini-hazirlayir
    Təqdimata sayılı günlər qalmış Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra-nın yeni fotoları təqdim edilib
    teqdimata-sayili-gunler-qalmis-samsung-galaxy-watch-7-ve-galaxy-watch-ultra-nin-yeni-fotolari-teqdim-edilib