
Samsung Galaxy Watch 7 və Watch 7 Ultra-nın texniki imkanları təqdim edilib
Cihazlar+
07.06.2024
Emil
Samsung şirkətinin yaxın zamanda Galaxy Watch 7 və Watch 7 Ultra smart saatlarını təqdim edəcəyi gözlənilir. Android Headlines saytı isə öz növbəsində sözügedən smart saatların texniki imkanlarını bölüşüb. Beləliklə verilmiş məlumatlara əsasən Galaxy Watch 7 Ultra smart saatı titan materialdan hazırlanmış gövdəni əldə edəcək və gövdənin ölçüsü 47 mm təşkil edəcək. Gözləntilərə əsasən sözügedən smart saat bazara 3 gövdə rəngində satışa çıxacaq. Ağ, qara və boz.
Bununla yanaşı Galaxy Watch 7 Ultra-nın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq, 10ATM standartı üzrə su dərinliyinə tab gətirəcək və MIL-STD-810H hərbi standartının tələblərinə cavab verəcək. Android Headlines bildirib ki, smart saat 3 nanometrlik prosessor vasitəsilə çalışacaq və özündə 32 GB-lıq daxili yaddaş həcmi ilə 3000 nit parlaqlıq səviyyəsinə sahib ekranı birləşdirəcək. Onun batareya həcmi isə 590 mAh təşkil etməlidir. Adi Galaxy Watch 7-yə gəldikdə isə o, iki gövdə ölçüsündə təqdim ediləcək. 40 mm və 44 mm. Məlumata əsasən adi modeldə ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit, batareya həcmi isə 300 mAh təşkil edəcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
