
Samsung Galaxy Watch 8 Classic-in ilk render fotoları təqdim edilib
Cihazlar+
23.05.2025
Emil
Yayda gözlənilən Galaxy Unpacked tədbiri ərəfəsində, Samsung-un yeni Galaxy Watch ağıllı saat seriyasını təqdim edəcəyi güman edilir. OnLeaks ləqəbli məşhur insayder öz növbəsində gələcək Galaxy Watch 8 Classic ağıllı saatının ilk render görüntülərini təqdim edib. Yayımlanmış render fotolara əsasən, Galaxy Watch 8 Classic modelindəki ən nəzərəçarpacaq dəyişikliklərdən biri üç yan düymənin olması və gövdənin Galaxy Watch Ultra üslubunda hazırlanmasıdır. Səsgücləndirici və mikrofon üçün nəzərdə tutulmuş dəliklər gövdənin sol tərəfində yerləşirlər. Mənbənin məlumatına görə, Samsung Galaxy Watch 8 Classic ağıllı saatı təxminən 1.5 düym ölçülü dairəvi ekranla təchiz olunacaq. Cihazın ölçüləri təxminən 46 x 46.5 x 14.2 mm olacaq.



Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
