Logo
    main-post-cover

    Samsung Galaxy Watch 8 və Watch 8 Classic təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    09.07.2025
    Emil
         Samsung növbəti Galaxy Unpacked təqdimatında yeni nəsil flaqman ağıllı saatlarını - Galaxy Watch 8Watch 8 Classic modellərini rəsmi olaraq təqdim edib. Hər iki cihaz eyni proqram və aparat platformasında işləyir, lakin bəzi fərqlərə malikdir və bir çox yeni funksiyalar təklif edir. Samsung Galaxy Watch 8 və Watch 8 Classic ağıllı saatları, Google Gemini ağıllı köməkçisinə əsaslanan Galaxy AI+ süni zəka funksiyaları paketi ilə inteqrasiya olunub. Ağıllı köməkçini sürətli şəkildə işə salmaq üçün sadəcə biləyi çevirmək və ya cihazdakı düyməyə klikləmək kifayətdir. Çat-bot tamhüquqlu dialoq rejimində işləyir, istifadəçi ilə söhbət aparır və real vaxtda tövsiyələr verir. Süni zəka həmçinin səsli mesaj yazılmasına cavabdehdir - mesajlar formalaşdırılır və ünvanlara göndərilir.
         Kontekstdən asılı olaraq sistem yazışma üçün ən uyğun cavab variantlarını təklif edir. Sağlamlıq göstəricilərinə nəzarət imkanları daha da genişləndirilib. İstifadəçinin məşqlərə nə dərəcədə hazır olduğunu qiymətləndirmək üçün Vascular Load funksiyası təqdim olunub. Bu funksiya aktivlik, yuxu, yuxuda nəbz (SHR) və yuxuda nəbz sabitliyi (SHRV) göstəricilərini ölçür. Məşqdən əvvəl istifadəçi 12 dəqiqəlik testdən keçə və hazırlıq səviyyəsinə görə 10 kateqoriyadan birinə daxil edilə bilər. Testin nəticələrinə əsasən, fərdi xüsusiyyətlər və məqsədlər nəzərə alınmaqla 160 fərdi məşq planına çıxış əldə edilir. Qaçış tamamlandıqdan sonra Galaxy Watch vasitəsilə sağlamlıq göstəriciləri haqqında hesabat almaq mümkündür.
         Yaxın zamanda təqdim olunacaq yeniləmədə süni zəka əsaslı Running Insight funksiyası istifadəyə veriləcək. Bu funksiya istifadəçinin motivasiyasını dəstəkləyəcək. Galaxy Watch 8 və Watch 8 Classic modellərində ürək-damar sisteminə nəzarət üçün yeni funksiyalar da mövcuddur. Son 3 gecənin göstəriciləri toplanaraq bu sistemə düşən yük analiz edilir və elektrokardioqram çəkmək imkanı təqdim olunur. Nəzarət sistemi istifadəçinin gündəlik vərdişlərini, fiziki aktivliyini və stress səviyyəsini nəzərə alır. Əgər ürək ritmində pozuntu və ya onun sürətində 10 dəqiqədən çox davam edən artım qeydə alınsa, istifadəçiyə xəbərdarlıq göndərilir. Bundan əlavə, antioksidant səviyyəsini ölçmək funksiyası da əlavə olunub. Ağıllı saat şəkərlə zülal və yağların qarşılıqlı təsiri nəticəsində yaranan zəhərli birləşmələrin - qlikasiya son məhsullarının (AGEs) indeksini hesablayır.
         Samsung Galaxy Watch 8 və Watch 8 Classic modelləri digər Samsung cihazları ilə genişləndirilmiş inteqrasiyanı təklif edir. Sadəcə biləyi çevirməklə foto çəkmək, zəngi tez bir zamanda susdurmaq, ekrana baxmadan musiqiyə nəzarət etmək, bulud servisləri ilə sinxronlaşdırılaraq həftəlik planı görmək, görüşlər, zənglər və digər vacib hadisələrlə bağlı xatırlatmalar almaq mümkündür. Ayrıca, itmiş cihazları tapmaq üçün Samsung Find funksiyası da dəstəklənir. Samsung Galaxy Watch 8 Classic modelinə sürətli hərəkət düyməsi əlavə edilib. Bu düymə ilə məsələn, görüşü səsli şəkildə yazmaq və sonradan onun mətn xülasəsini smartfonda əldə etmək mümkündür. Samsung Galaxy Watch 8-in əsas modeli gümüşü və qrafit rəngli möhkəmləndirilmiş alüminium gövdədə hazırlanıb. Cihaz IP68 MIL-STD-810H standartlarına uyğun qoruma ilə təchiz edilib və 5ATM təzyiqə qədər suya davamlıdır. S L ölçüləri mövcuddur.
    - S ölçüsü: ölçüləri 40.4 x 42.7 x 8.6 mm, çəkisi 30 qram, ekran ölçüsü 1.3 düym, batareya həcmi 325 mAh
    - L ölçüsü: ölçüləri 43.7 x 46.0 x 8.6 mm, çəkisi 34 qram, ekran ölçüsü 1.5 düym, batareya həcmi 435 mAh.
         Prosessor qismində 3 nanometrlik Exynos W1000 istifadə olunur. Ağıllı saat 2 GB RAM32 GB daxili yaddaş həcmi ilə təchiz olunub. O, sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir qədər yüksələ bilir. Samsung Galaxy Watch 8 Classic isə qara və ya ağ rəngdə, paslanmaz poladdan hazırlanmış gövdədə təqdim olunur. Ölçüləri 46.4 x 46.0 x 10.6 mm-dir, çəkisi isə 63.5 qramdır. Bu modeldə də eyni Exynos W1000 prosessoru və 2 GB RAM mövcuddur, lakin daxili yaddaş həcmi 64 GB təşkil edir. 1.3 düym-lük ekranın maksimal parlaqlıq səviyyəsi isə 300 nit-dir. 445 mAh tutumlu batareya sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Gövdə IP68 və MIL-STD-810H standartlarına uyğun qoruma ilə fərqlənir. Bu ağıllı saatlar bu ayın sonunda satışa çıxacaqlar. Samsung Galaxy Watch 8-in qiyməti 349$-dan başlayacaq, Galaxy Watch 8 Classic-in qiyməti isə 499$ təşkil edəcək.
    Paylaş