
Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
Cihazlar+
24.06.2025
Emil
Evan Blass adlı məşhur insayder Samsung-un yeni ağıllı saat modellərinə dair eksklüziv render görüntülərini yayımlayıb. Bu cihazların 9 iyul tarixində keçiriləcək Galaxy Unpacked tədbirində təqdim olunacağı gözlənilir. Yayımlanmış fotolar Galaxy Watch 8, Galaxy Watch 8 Classic və yeni Galaxy Watch Ultra modelinin dizaynını dəyərləndirməyə imkan verir. Əsas model olan Galaxy Watch 8 daha sadələşdirilmiş dizayna sahib olacaq və vizual baxımdan əvvəlki modellərdən çox, Google Pixel Watch-a bənzəyəcək.

Galaxy Watch 8 Classic modeli isə Samsung-un ənənəvi dizaynına sadiq qalacaq və əvvəlki versiyada olduğu kimi Quick Button düyməsinə yenidən yer veriləcək. Evan Blass-ın renderlərinə əsasən, Galaxy Watch Ultra 2025 flaqman modeli əvvəlki versiyalarla müqayisədə əhəmiyyətli dizayn dəyişiklikləri keçirməyəcək. Lakin model zərif göy rəngdə təqdim olunacaq və xüsusi nömrələmə almayaraq buraxılış ilinə uyğun olaraq adlandırılacaq.


Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
