
Samsung Galaxy Watch FE rəsmi şəkildə anons edilib - QİYMƏTİ
Cihazlar+
13.06.2024
Emil
Samsung şirkəti Galaxy Watch FE smart saatını rəsmi şəkildə anons edib. Keçən ilki Galaxy Watch 6 modelləri ilə müqayisədə Galaxy Watch FE daha büdcəli smart saat rolunda çıxış edir. Lakin bununla belə büdcəli smart saat özündə ənənəvi dizaynı birləşdirir. Galaxy Watch FE yalnız bir gövdə ölçüsündə satışa çıxıb. Söhbət, 40 mm-lik gövdə ölçüsündən gedir. Smart saat 1.2 düym ölçülü dairəvi OLED ekranla təchiz olunub. Üstəlik smart saatın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.

Galaxy Watch FE modeli Exynos W920 prosessoru vasitəsilə çalışır və 1.5 GB RAM ilə 16 GB daxili yaddaş həcmini əldə edib. Smart saat 247 mAh enerji tutumlu batareyaya sahibdir. Galaxy Watch FE ürək döyüntüləri tezliklərini və qandakı oksigen miqdarını ölçə bilir. Üstəlik smart saat GPS, Bluetooth 5.0 və Wi-Fi dəstəyinə sahibdir. Galaxy Watch FE 24 iyun tarixində satışa çıxacaq. Onun yalnız Bluetooth dəstəkli versiyası 200$-a, LTE dəstəkli versiyası isə 250$-a satılacaq. Qeyd etmək lazımdır ki, LTE dəstəkli versiya bir qədər gec satışa çıxacaq.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
