main-post-cover

    Samsung Galaxy Watch FE smart saatı artıq bəzi online mağazalarda təklif edilir

    Cihazlar+
    13.06.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin Galaxy Watch FE smart saatını hələ rəsmi şəkildə təqdim etməməsinə baxmayaraq sözügedən smart saat artıq Avropanın bəzi online mağazalarında təklif edilir. Məsələn Hollandiyanın online mağazalarından biri Galaxy Watch FE-nin ön sifarişlərinə artıq start verib. Screenshot fotodan da görmək olar ki, ön sifariş üçün Galaxy Watch FE smart saatı 3 gövdə rəngində təqdim edilib. Qara, çəhrayı və açıq mavi. Smart saatın qiyməti isə 219 avro təşkil edir.
         Galaxy Watch FE-nin online mağazadakı səhifəsində qeyd edilmiş məlumata əsasən o, 40 mm-lik gövdə ölçüsünə sahibdir. Qeyd etmək lazımdır ki, sözügedən smart saat 2021-ci ildə satışa çıxmış Galaxy Watch 4-ün kopyası olmalıdır. Belə ki, o, Exynos W920 prosessoru vasitəsilə çalışmalı, özündə 1.5 GB RAM ilə 16 GB daxili yaddaş həcmini birləşdirməli və 247 mAh enerji tutumlu batareyanı əldə etməlidir. Üstəlik Galaxy Watch FE-nin gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olmalı və MIL-STD-810H hərbi standartının tələblərinə uymalıdır. Galaxy Watch FE-nin rəsmi şəkildə artıq bu ay təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung qeyri-adi idman ayaqqabılarını təqdim edib (VİDEO)
    samsung-qeyri-adi-idman-ayaqqabilarini-teqdim-edib-video
    Qatlana bilən qapaqlı Samsung Galaxy Z Flip 6-nın satış qiymətləri açıqlanıb
    qatlana-bilen-qapaqli-samsung-galaxy-z-flip-6-nin-satis-qiymetleri-aciqlanib
    Samsung Galaxy Z Fold 6-nın satış qiymətləri açıqlanıb
    samsung-galaxy-z-fold-6-nin-satis-qiymetleri-aciqlanib
    Samsung Galaxy Z Fold 6-da foto tərtibatı üçün nəzərdə tutulmuş unikal süni zəka funksiyası istifadəyə veriləcək
    samsung-galaxy-z-fold-6-da-foto-tertibati-ucun-nezerde-tutulmus-unikal-suni-zeka-funksiyasi-istifadeye-verilecek
    Samsung Galaxy S26 Ultra-ya Face ID analoqu inteqrasiya ediləcək
    samsung-galaxy-s26-ultra-ya-face-id-analoqu-inteqrasiya-edilecek