main-post-cover

    Samsung Galaxy Watch FE smart saatı barəsində yeni təfərrüatlar verilib

    Cihazlar+
    16.05.2024
    Emil Nəcəfov
         Samsung şirkəti bu il ərzində Galaxy Watch 7 smart saat seriyasını təqdim edəcək. Bu smart saat seriyasının yay fəslində təqdim olunacağı gözlənilir. Lakin son zamanlarda ortaya çıxmış müxtəlif məlumatlara əsasən Galaxy Watch 7 smart saatları Samsung-un bu il üçün nəzərdə tutulmuş yeganə smart saatları olmayacaq. Belə ki, insayderlərin sözlərinə əsasən Samsung bu il həmçinin Galaxy Watch FE smart saatını da təqdim edəcək. Adından da bəlli olduğu kimi bu smart saat şirkətin Galaxy FE (Fan Edition) cihaz seriyasına daxil olacaq. İndi isə Android Headlines saytı Galaxy Watch FE barəsində yeni təfərrüatları təqdim edib.
         Verilmiş məlumata əsasən Samsung Galaxy Watch FE-ni iki versiyada təqdim edəcək və onlar texniki göstəricilər baxımından Galaxy Watch 4-ün kopyası olacaqlar. Məlumata əsasən bir neçə müddət bundan öncə Samsung-un smart saatları üçün nəzərdə tutulmuş istifadəçi interfeysinin yeni test versiyasında SM-R866 (LTE) və SM-R861 (Wi-Fi) model nömrələrinə rast gəlinib. Məlumatda qeyd edilib ki, bu model nömrələr Koreya, Avropa və Türkiyə bazarları üçün nəzərdə tutulub. Onların Galaxy Watch FE smart saatına aid olduqları bildirilib. Burdan belə qənaətə gəlmək olar ki, Galaxy Watch FE dəqiq şəkildə qlobal bazarda satışa çıxacaq. Smart saatın dəqiq şəkildə nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 FE-nin hazırlandığına dair daha bir sübut əldə edilib
    samsung-galaxy-s24-fe-nin-hazirlandigina-dair-daha-bir-subut-elde-edilib
    Samsung şirkəti, Apple-ın iPad reklamını ələ salıb! (VİDEO)
    samsung-sirketi-apple-in-ipad-reklamini-ele-salib-video
    Hələ təqdim olunmamış Samsung Galaxy M35-in xarici görünüşü və bəzi texniki göstəriciləri ortaya çıxıblar
    hele-teqdim-olunmamis-samsung-galaxy-m35-in-xarici-gorunusu-ve-bezi-texniki-gostericileri-ortaya-cixiblar
    Samsung Galaxy Watch 7 smart saatları tamamilə yeni prosessor vasitəsilə çalışacaqlar
    samsung-galaxy-watch-7-smart-saatlari-tamamile-yeni-prosessor-vasitesile-calisacaqlar
    Sasmung Galaxy Tab S9 FE və Tab S9 FE+ planşetləri OneUI 6.1 istifadəçi interfeysini əldə etməyə başlayıblar
    sasmung-galaxy-tab-s9-fe-ve-tab-s9-fe-plansetleri-oneui-61-istifadeci-interfeysini-elde-etmeye-baslayiblar