
Samsung Galaxy Watch FE smart saatı hazırlanır
Cihazlar+
05.04.2024
Farid
Görünür, Samsung şirkəti özünün FE (Fan Edition) seriyasını yeni məhsullarla genişləndirmək niyyətindədir. Belə ki, Android Headlines saytının vermiş olduğu məlumata əsasən Samsung sözügedən seriyanın ilk smart saatını hazırlayır. Söhbət, Galaxy Watch FE-dən gedir. Məlumatda qeyd edilib ki, Galaxy Watch FE smart saatı SM-R866F, SM-R866U, SM-R866N model nömrələrinə sahibdir. Ola bilsin ki, smart saat bir neçə versiyada təqdim olunsun. Güman olunur ki, Galaxy Watch FE texniki göstəricilər baxımından Galaxy Watch 4-ə bənzəyəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
