Logo
    main-post-cover

    Samsung Galaxy Watch FE smart saatının xarici görünüşü sərgilənib

    Cihazlar+
    04.06.2024
    Emil
         Son zamanlarda çoxlu sayda ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti bu il ərzində Galaxy Watch FE smart saatını təqdim edəcək. İndi isə insayderlər render foto vasitəsilə sözügedən smart saatın xarici görünüşünü sərgiləyiblər. Daha öncə ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, Galaxy Watch FE smart saatı 2021-ci ildə təqdim edilmiş Galaxy Watch 4-ün kopyası olacaq. İnsayderlər tərəfindən təqdim edilmiş foto isə bu məlumatı təsdiqləyib. Render fotodan da görmək olar ki, Galaxy Watch FE bazara 3 gövdə rəngində satışa çıxacaq. Qara, açıq mavi və çəhrayı.
         İnsayderlərin sözlərinə əsasən bu yeni smart saat 40 mm-lik gövdə ölçüsünü əldə edəcək və özündə 396x396 piksel keyfiyyətli 1.2 düym ölçülü Super AMOLED ekranı birləşdirəcək. Smart saat Exynos W920 prosessoru vasitəsilə çalışacaq və 1.5 GB RAM ilə 16 GB-lıq daxili yaddaş həcmini əldə edəcək. Məlumata əsasən smart saatın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olmalı və MIL-STD-810H hərbi standartının tələblərinə cavab verməlidir. Smart saatın batareya həcmi isə 247 mAh təşkil edəcək. İnsayderlər bildiriblər ki, Galaxy Watch FE kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi əldə edəcək və OneUI Watch 5.0 interfeysli WearOS əməliyyat sistemi vasitəsilə çalışacaq. Galaxy Watch FE-nin dəqiq şəkildə nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş