main-post-cover

    Samsung Galaxy Watch Ultra-nın render fotoları təqdim edilib

    Cihazlar+
    20.06.2024
    Emil Nəcəfov
         Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti yaxın zamanda Galaxy Watch Ultra adlı tamamilə yeni smart saatını təqdim etməlidir. İndi isə Ice Universe ləqəbli məşhur insayder təqdimata hazırlaşan bu yeni smart saatın yeni render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan belə qənaətə gəlmək olar ki, Galaxy Watch Ultra smart saatı əvvəlki Galaxy Watch modelləri ilə müqayisədə bir qədər fərqli dizayna sahib olacaq. Belə ki, Galaxy Watch Ultra dairəvi formalı gövdə ilə yanaşı özündə kvadrat formalı konturları da birləşdirəcək. Render fotolarda smart saat gümüşü və qara gövdə rənglərində əks olunub.
         Galaxy Watch Ultra-nı xarici görünüşcə digər Galaxy Watch modellərindən fərqləndirəcək daha bir element isə narıncı rəngdə olan əlavə fiziki düymədir. Bu baxımdan smart saat Apple Watch Ultra-nı xatırladır. Məlumata əsasən Samsung-un bu yeni smart saatının qalınlığı 16.4 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Galaxy Watch 6 Classic modelinin qalınlığı 10.9 mm-dir. Çox güman ki, bu, smart saatın böyük həcmli batareyaya sahib olması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Galaxy Watch Ultra-nın üstəlik titan materialdan hazırlanmış gövdəni əldə edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 FE-nin render fotoları təqdim edilib
    samsung-galaxy-s24-fe-nin-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy S25 bütün regionlarda Snapdragon prosessorunu əldə edə bilər
    samsung-galaxy-s25-butun-regionlarda-snapdragon-prosessorunu-elde-ede-biler
    Samsung Galaxy Z Fold 6-nın maketi keçən ilki Galaxy Z Fold 5 ilə müqayisə edilib (VİDEO)
    samsung-galaxy-z-fold-6-nin-maketi-kecen-ilki-galaxy-z-fold-5-ile-muqayise-edilib-video
    Gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25-in batareya həcmi məlum olub
    gelen-ilin-evvelinde-teqdim-olunacaq-samsung-galaxy-s25-in-batareya-hecmi-melum-olub
    Yaxın zamanda təqdim olunacaq Samsung Galaxy Z Fold 6-nın ətraflı texniki imkanları ortaya çıxıblar
    yaxin-zamanda-teqdim-olunacaq-samsung-galaxy-z-fold-6-nin-etrafli-texniki-imkanlari-ortaya-cixiblar