
Samsung Galaxy Watch Ultra və Watch FE smart saatları hazırlanır
Cihazlar+
29.04.2024
Farid
Keçən həftə məlumat verildi ki, Samsung şirkəti növbəti Galaxy Unpacked adlı təqdimat tədbirini 10 iyul tarixində keçirəcək. Həmin tədbirdə qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları təqdim olunacaq. Lakin bundan əlavə olaraq növbəti Galaxy Unpacked çərçivəsində Galaxy Watch 7 smart saat seriyasının da təqdim olunacağı gözlənilir. Bu smart saat seriyasına 3 modelin daxil olacağı güman edilir. Onlardan birincisi Galaxy Watch 7, ikincisi Galaxy Watch 7 Classic olmalıdır. Daha öncə güman edilirdi ki, üçüncü model Galaxy Watch 7 Pro olacaq. Lakin yeni məlumata əsasən bu belə olmayacaq.

Belə ki, sertifikatlaşdırma agentliklərindən birinin məlumatlar bazasında Galaxy Watch Ultra adı aşkar edilib. O, SM-L705U (ABŞ bazarı üçün), SM-L705N (Koreya bazarı üçün) və SM-L705F (qlobal bazar üçün) model nömrələrinə sahibdir. Galaxy Watch Ultra-nın Galaxy Watch 7 modellərindən nə ilə fərqlənəcəyi bilinmir. Bununla yanaşı sertifikatlaşdırma agentliklərindən birinin məlumatlar bazasında həmçinin Galaxy Watch FE adı da ortaya çıxıb. Samsung-un Galaxy Watch FE üzərində çalışdığı barəsində məlumat hələ bir neçə müddət bundan öncə ortaya çıxmışdı. Galaxy FE seriyasına daxil olan smartfonlar kimi Galaxy Watch FE də daha üst səviyyəli smart saatların nisbətən ucuz qiymətə satılacaq alternativ versiyası olmalıdır.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
