
Samsung Galaxy Xcover 7-nin texniki imkanları və satış qiyməti açıqlanıb
Cihazlar+
25.12.2023
Emil
Yaxın zamanda Samsung tərəfindən dözümlü gövdəyə sahib Galaxy Xcover 7 smartfonunun təqdimatı gözlənilir. Son zamanlarda sözügedən smartfon barəsində çoxlu sayda məlumat ortaya çıxıb. İndi isə Roland Quandt adlı məşhur insayder Galaxy Xcover 7-nin texniki imkanlarını və hətta satış qiymətini də açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən Galaxy Xcover 7 smartfonu Full HD+ keyfiyyətli 6.6 düym ekranla təchiz olunacaq və MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 6 GB RAM-ı və 128 GB daxili yaddaş həcmini birləşdirəcək. Məlumatda qeyd edilib ki, Galaxy Xcover 7-nin gövdəsi IP68 standartı üzrə sudan qorunacaq və MIL-STD-810H hərbi standartının tələblərinə uyacaq. İnsayder bildirib ki, Galaxy Xcover 7-nin satış qiyməti 400 avroya qədər təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Dözümlü gövdəyə sahib Samsung Galaxy Xcover 7 smartfonu təqdimata hazırdır
Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti dözümlü gövdəyə sahib Galaxy Xcover 7 smartfonunun təqdimatına hazırlaşır.

Cihazlar+
Məşhur insayder Samsung Galaxy S24+ smartfonunun bəzi özəlliklərini açıqlayıb
Bugün Samsung Galaxy S24 smartfonlarının ilk rəsmi render fotoları təqdim edildi. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu seriyaya daxil olacaq Galaxy S24+ modelinin bəzi texniki özəlliklərini açıqlayıb.

Cihazlar+
Samsung Galaxy S24 smartfonlarının təqdim olunacaqları dəqiq tarix açıqlanıb
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti Galaxy S24 smartfon seriyasını yanvar ayında təqdim edəcək.

Cihazlar+
Samsung ViewFinity S9 LS49C954U monitoru təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti ViewFinity monitor seriyasında ViewFinity S6 S65TC ilə yanaşı daha bir modeli təqdim edib. İkinci monitor Samsung ViewFinity S9 LS49C954U adını əldə edib.

Cihazlar+
Samsung ViewFinity S6 S65TC monitoru təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti özünün ViewFinity adlı monitor seriyasının yeni modelini anons edib. Sözügedən seriyanın yeni monitoru Samsung ViewFinity S6 S65TC adını əldə edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
