
Samsung Galaxy Xcover 7 təqdim edilib
Cihazlar+
11.01.2024
Emil
Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti sonunda Galaxy Xcover 7 smartfonunu təqdim edib. Galaxy Xcover 7 öz dözümlü gövdəsi ilə seçilir. Belə ki, onun gövdəsi IP68 standartı üzrə sudan qorunur və zərbələrə dözümlülük mövzusunda MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Beləliklə Galaxy Xcover 7 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym LCD ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşdirilib. Qeyd etmək lazımdır ki, smartfonun ekranı yüksək həssaslığa sahibdir. O, hətta 2 mm-lik qalınlığa sahib əlcəklə çalışmaq üçün də uyğundur.

Üstəlik ekran Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub. Galaxy Xcover 7 6 nanometrlik 8 nüvəli prosessor vasitəsilə çalışır. Çox güman ki, söhbət, MediaTek Dimensity 6100+ prosessorundan gedir. Bununla yanaşı smartfon özündə 6 GB RAM-ı, 128 GB (microSD dəstəkli) daxili yaddaş həcmini, 50 MP-lik arxa kameranı, 5 MP-lik ön kameranı və 4050 mAh enerji tutumlu batareyanı birləşdirir. Smartfon kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişə sahibdir. Galaxy Xcover 7 bu ay ərzində satışa çıxmalıdır. Onun hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung naqilsiz qulaqlıqlar üçün OLED ekranlı şarj keysini təqdim edib (VİDEO)
Samsung şirkəti CES 2024 sərgisi çərçivəsində Galaxy Buds naqilsiz qulaqlıqları üçün nəzərdə tutulmuş OLED ekranlı şarj keysini təqdim edib.

Cihazlar+
Samsung Galaxy Y55-in texniki göstəriciləri açıqlanıb
Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Samsung şirkətinin təqdim edilməmiş yeni smartfonu ortaya çıxıb.

Elm & Texnologiya
Samsung şəffaf Micro LED ekranını sərgiləyib (VİDEO)
Samsung şirkəti CES 2024 sərgisi çərçivəsində şəffaf Micro LED ekranını təqdim edib.

Elm & Texnologiya
Samsung hər iki istiqamətə qatlana bilən yeni ekranını təqdim edib
Samsung Display şirkəti CES 2024 sərgisi çərçivəsində həm xarici həm də daxili istiqamətə qatlana bilən ekranını təqdim edib.

Cihazlar+
Samsung Smart Monitor M80D adlı yeni monitor təqdim edilib
Samsung şirkəti CES 2024 sərgisi çərçivəsində Smart Monitor M80D adlı yeni monitorunu təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
