
Samsung Galaxy Y55-in fotosu ortaya çıxıb
Cihazlar+
15.01.2024
Emil
Keçən həftə məlumat ortaya çıxdı ki, Samsung şirkəti Galaxy Y55 adlı yeni smartfonu üzərində çalışır. İndi isə sözügedən smartfonun fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolara əsasən Galaxy Y55 smartfonu minimalistik dizayna sahib olacaq. Smartfonun arxa panelində 3 ədəd kamera obyektivi və LED işıqlandırma yerləşəcək. Ön paneldən isə smartfon yastı ekranı əldə edəcək. Məlumata əsasən Galaxy Y55 smartfonu Full HD+ keyfiyyətli 6.67 düym OLED ekranla təchiz olunacaq və özündə 8/12 GB RAM ilə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smartfon üstəlik 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahib olacaq. Galaxy Y55-in nə zaman təqdim olunacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
