Logo
    main-post-cover

    Samsung Galaxy Y55-in texniki göstəriciləri açıqlanıb

    Cihazlar+
    11.01.2024
         Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Samsung şirkətinin təqdim edilməmiş yeni smartfonu ortaya çıxıb. Məlumatlar bazasında ortaya çıxmış smartfon SM-C5560 model nömrəsinə sahibdir. Bəzi məlumatlara əsasən söhbət, Galaxy Y55 adlı smartfondan gedir. Məlumata əsasən sözügedən smartfon Full HD+ keyfiyyətli 6.67 düym OLED ekrana sahib olacaq və 8 nüvəli prosessor vasitəsilə çalışacaq. Bundan əlavə olaraq Galaxy Y55 özündə 8/12 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini, 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 13 MP-lik ön kameranı və 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
     

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Y55-in texniki göstəriciləri açıqlanıb | Technote